"Feyenoord" İqor Payşao ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Niderland təmsilçisiylə 2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçuyla 2 klubdan maraq var.
Söhbət "Lids" və "Marsel"dən gedir. 25 yaşlı sol cinah vingerinin hazırda transfer dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, braziliyalı ötən mövsüm meydana çıxdığı 47 oyunda 18 qol, 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az