İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel yarımmüdafiəçilər Cud Bellinqhem, Filipp Foden və Cek Qrilişin heyətdə yer almaması ilə bağlı sualı cavablandırıb.
O bildirib ki, bu futbolçular yalnız komandanı daha vahid hala gətirəcəkləri təqdirdə yenidən milli komandaya qayıda bilərlər.
“Biz turnirə autsayder kimi gələcəyik, çünki onilliklərdir qalib gəlmirik və dəfələrlə çempion olmuş komandalarla qarşılaşacağıq. Ona görə də biz vahid komanda kimi çıxış etməliyik, əks halda şansımız olmayacaq.
Bu yaxınlarda "New England Patriots" haqqında sənədli filmə baxırdım və orada belə bir cümlə eşitdim: "Biz ən istedadlı oyunçuları yığmırıq, biz komanda qururuq.
Mən bu fikirlə tam razıyam. Biz də eyni yolu izləyirik. Kubokları fərdlər deyil, komandalar qazanır. Biz ən yaxşı komandanı formalaşdırmaq üçün birliyi və ardıcıllığı təmin edən oyunçuları seçirik. Çünki ora ən yaxşı komanda kimi gəlməliyik.”
Sport1.az