Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun görüşləri keçirilib. Sport1.az xəbər verir ki, kişilərdən ibarət yığmamız Yunanıstan komandası ilə qarşılaşıb.
Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib.
Bu turdan sonra aktivində 7 xalı olan Azərbaycan komandası 5-7-ci yerləri bölüşür.
Qadınlardan ibarət Azərbaycan millisi də Batumidə Yunanıstanla mübarizə aparıb. Görüş bərabərliklə yekunlaşıb 2-2.
Hazırda 6 xalı olan qadınlardan ibarət komanda əlavə göstəricilərə görə 8-ci pillədə qərarlaşıb.
Bu gün Avropa çempionatında VI turun partiyaları oynanılacaq. Hər iki komandamız püşkə əsasən Ermənistan şahmatçılarıyla qarşılaşacaq.
Sport1.az