Keçmiş ulduz hücumçu və hazırda “Milan”ın baş məsləhətçisi olan Zlatan İbrahimoviç klubun uzunmüddətli hədəfini açıqlayıb.Sport1.az xəbər verir ki, İbrahimoviç açıqlamasında bunları deyib:
“Milan"ın DNT-si xüsusilə Avropa səhnəsində qalib gəlmək üzərində qurulub və biz ora qayıtmaq niyyətindəyik. Heç kim "Milan"ı, onun mədəniyyətini və adət-ənənələrini dəyişmək istəmir. "Milan"ı heç kim dəyişə bilməz, amma Milan sizi dəyişə bilər. Bu klubda hamı qələbənin dadını çəkir – aşpazdan tutmuş aqronomlara qədər hər kəs öz məqsədinə çatmaq istəyir”.
Hazırda “Milan” 13 xalla A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Sport1.az