"Pelikans"ın forvardı Zayon Uilyamson komandanı təmsil etməkdən qürur duyduğunu bildirib.Sport1.azxəbər verir ki, Uilyamson açıqlamasında deyib:
“NBA forması geyinmək, "Pelikans"ın üzvü olmaq həmişə imtiyazdır. Basketbola qayıtmaq əla idi. Bu, mənim evimdir. İnsanlar nə desələr-desin, bu mənim evimdir. Mənim qalam. Yenidən azarkeşlərin qarşısında oynamağı səbirsizliklə gözləyirəm”.
25 yaşlı forvard karyerasının bütün 6 ilini Nyu Orlean klubunda keçirsə də, zədələr səbəbindən cəmi 214 oyunda iştirak edə bilib.
Sport1.az