"Volfsburq"un üzvü Konstantinos Kulierakis karyerasını İngiltərədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, Bundesliqa klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçuyla Premyer Liqa nəhəngi maraqlanır. Söhbət "Liverpul"dan gedir. 21 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, yunanıstanlı ötən mövsüm meydana çıxdığı 28 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az