Keçmiş UEFA prezidenti Mişel Platini VAR texnologiyası haqda danışıb.
Sport1.az xəbər verir ki, o, futbolda VAR-ın tərəfdarı olmadığını deyib:
"FİFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı. Futbolun təbiiliyini qorumaq lazımdır. Mən yalnız ofsaydı müəyyən etmək üçün VAR-dan istifadə edərdim. Qalan hər şey təfsirdən asılıdır.
"Ona görə də biz hakimlərə oyunu futbol qaydalarına uyğun şərh etmələrinə icazə verməliyik".
Sport1.az