Dünya reytinqində 71-ci yerdə olan rusiyalı tennisçi Anna Blinkova Çinin Uhan şəhərində keçirilən WTA-1000 turnirinin əsas mərhələsinə vəsiqə qazana bilməyib.Sport1.az xəbər verir ki, o, seçmə mərhələnin finalında qazaxıstanlı Yuliya Putintsevaya (63-cü yer) 1:6, 1:6 hesabı ilə məğlub olub. Qarşılaşma 1 saat 1 dəqiqə davam edib.
Blinkova görüş ərzində iki eys yerinə yetirib, üç ikiqat xətaya yol verib və üç breyk imkanından ikisini reallaşdırıb. Putintseva isə eys zərbəsi etməyib, ikiqat səhvə yol verməyib və yeddi breyk imkanından beşini dəyərləndirib.
Uhandakı turnirin əsas mərhələsi oktyabrın 6-da start götürəcək. Turnirin hazırkı çempionu belaruslu Arina Sabalenkadır.
Sport1.az