17 yaşlı futbolçulardan ibarət millimizin fransalı yaşıdlarına 0:8 hesablı uduzması bir daha göstərdi ki, ölkəmizdəki akademiyalar fəaliyyətsizdirlər.
Uşaqların heç bir günahı yoxdur. Tək günahkar onları bu vəziyyətə salan sistemdir.
Uşaq futbolu üçün stadionlar da var, istedadlı deyə biləcəyimiz uşaqlar da var. Büdcəsi yaxşı olan akademiyaların da sayı az deyil. İllərdir uşaq futbolu ilə bağlı layihələr həyata keçirilir. Amma nəticə yoxdur. Niyə? Fransadan 8 qol buraxmaq görülən işlərin nəticəsidir?!
Akademiyalarda futbolçunun istedadı yox, tanışlığı mühüm rol oynayır. Şübhəsiz ki, belə mühitdə bacarıqlı oyunçu yetişməz. Uzun sözün qısası, Fransaya darmadağın olmağımız AFFA-nın qurduğu sistemin fiaskosudur...
MİKAYIL HACIYEV
Sport1.az