Miles MakBrayd bütün karyerasını Nyu Yorkda keçirmək istədiyini açıqlayıb.
Sport1.az xəbər verir ki, 25 yaşlı "Niks" oyunçusu deyib: "Burada olmağı sevirəm. Karyeramın sonuna qədər "Niks"də qalmaq istəyirəm. Hər şey mənim əlimdə deyil, ona görə də onlar getməyimi deyənə qədər işləməyə davam edəcəyəm. Azarkeşlər yaxşı və pis gündə səni dəstəklədikdə, bu, dünya deməkdir. "Madison Square Garden"da oynamaq inanılmaz hissdir. Bu, basketbolun Məkkəsidir. Son bir neçə ili burada keçirmək inanılmaz idi. Mən bu şəhəri, bu azarkeşləri sevirəm”.
Sport1.az