“Mançester Yunayted”in və İrlandiya millisinin sabiq yarımmüdafiəçisi, hazırda futbol mütəxəssisi kimi fəaliyyət göstərən Roy Kin, Dieqo Simeonenin “qırmızı şeytanlar”ın baş məşqçisi olmasını arzuladığını bildirib.Sport1.az xəbər verir ki, Kin açıqlamasında deyib:
“İllərdir deyirəm ki, "Atletiko"dan Simeonenin "Mançester Yunayted"ə başçılıq etməsini görmək istərdim. Düşünürəm ki, o, orada əsl xaosa səbəb olacaq – amma yaxşı mənada. O, klubu sarsıdacaqdı. Heç bir zəmanət yoxdur, amma onun şəxsiyyətini və rekordunu görmək istərdim. Bir çox insan onun "Real"a qarşı keçirdiyi oyunlardan danışır, amma mən onun son həftələrdə göstərdiyi oyunu bəyənirəm. Komandaları çoxlu şanslar versə də, necə mübarizə aparmağı və oynamağı bilirlər.”
Qeyd edək ki, hazırda “Mançester Yunayted”i Ruben Amorim çalışdırır. Komanda Premyer Liqada yeddi turdan sonra 10-cu pillədə qərarlaşıb.
Sport1.az