Ukrayna millisinin futbolçusu Vitali Mikolenko DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycana qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, yarımmüdafiəçi matçlarda mütləq qələbə qazanmalı olduqlarını deyib:
“Qrupun favoriti Fransadır. Bu, onsuz da aydındır. Və var üç komanda. Azərbaycanla biz səfərdə 1:1 oynamışıq və indi qarşıdakı 4 oyunun hər birində qələbə qazanmalıyıq. İslandiya və Azərbaycanla matçlar ikinci yer uğrunda bizə rəqib olan komandalarla oyunlardır və biz onları mütləq udmalıyıq. Ancaq bu yolla nəticə əldə edə bilərik”.
Ukrayna millisi oktyabrın 10-da İslandiya, 13-də Azərbaycanla qarşılaşacaq.
Sport1.az