"Benfika" Tiaqu Qoveya ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Lissabon təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla İtaliya klubu maraqlanır.
Söhbət "Latsio"dan gedir. 24 yaşlı sağ cinah vingerinin hazırda transfer dəyəri 4 milyon avrodur.
Qeyd edək ki, portuqaliyalı ötən mövsüm meydana çıxdığı 11 oyunda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az