İkiqat “Böyük Dəbilqə” çempionu və dünyanın 3 nömrəli tennisçisi, amerikalı Kori Qauff “Uhan”da keçirilən turnirdə almaniyalı Laura Ziqemundu 6:3, 6:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.Sport1.az xəbər verir ki, bu nəticə onun karyerasında WTA-1000 səviyyəli yarışlarda 12-ci yarımfinal çıxışı olacaq. 22 yaşadək tennisçilər arasında ən çox yarımfinala yüksələn oyunçular siyahısına isveçrəli Martina Hinqis (33 yarımfinal) başçılıq edir. İkinci yerdə rusiyalı Mariya Şarapova (15), ardınca isə Kori Qauff (12) gəlir. Serena Uilyams və Vinus Uilyams isə hərəsi 11 dəfə bu mərhələdə oynayıb.
“Uhan” turnirinin yarımfinalında Qauff italiyalı Cazmin Paolini ilə polyak İqa Şvyontek arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.
Sport1.az