“Bavariya”nın və İngiltərə yığmasının hücumçusu Harri Keyn oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:45-də başlayacaq Uelslə yoldaşlıq görüşündə iştirak etməyəcək.Sport1.az xəbər verir ki, bu barədə İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel məlumat verib:
“Harri sabahkı matçı buraxacaq. O, "Bavariya"nın son oyununda yüngül zədə alıb. Topa zərbə endirmək onun üçün çox ağrılı idi, buna görə sabah oynamaq riskli olardı. Biz ona istirahət imkanı verdik. Əminəm ki, o, Latviya ilə oyuna qədər tam hazır olacaq.”
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Latviya ilə oyun oktyabrın 14-də keçiriləcək.
Qeyd edək ki, Harri Keyn indiyədək İngiltərə millisinin heyətində 109 oyun keçirib və 74 qol vurub.
Sport1.az