Basketbolçu Tomas Volkup ciddi kontuziya və hematoma səbəbindən ən azı üç həftə oyunlardan uzaq qalacaq.Sport1.az xəbər verir ki, zədənin 32 yaşlı müdafiəçinin kürəyindəki əvvəlki problemlərlə heç bir əlaqəsi yoxdur.
Volkup Avroliqada 2 oyun keçirib (orta hesabla 4,5 xal, 5 asist, 3 ribaund və 1,5 top topçalma) və Yunanıstan çempionatında 1 oyun oynayıb.
Sport1.az