"Barselona"nın qapıçısı Voyçex Şesni komandanın ardıcıl məğlubiyyətlər almasına münasibət bildirib.Sport1.az xəbər verir ki, polşalı qolkiper PSJ və "Sevilya"ya qarşı uduzmağı belə izah edib:
"Tamamilı fərqli iki oyun oynadıq. Parislilər bizdən yaxşı idi. Taktiki və texniki baxımdan bizi üstələdilər. Nə qədər pisimizə gəlsə də, bunu qəbullanmalıyıq. Digər tərəfdən də "Sevilya"ya uduzduq. Həmin görüşdə bütün gücümüzü ortaya qoymadıq. İlk hissə bərbad keçdi. Bu biraz bizi narahat edir. Ən önəmlisi odur ki, bu mövsümün bizim üçün rahat keçməyəcəyini anlamalıyıq. Yaxşıca fokuslanmalıyıq. Əlimizdən gələnin ən yaxşısını etsək, belə üzücü nəticələr almarıq. Əslində, elə də narahat olmalı bir şey yoxdur. Ötən mövsümkü kimi oynasaq biz uğurlar qazana bilərik".
Sport1.az