"Orlando Payrets" Relebohil Mofokenq ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, komandasıyla 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Niderland nəhəngi maraqlanır. Söhbət PSV-dən gedir.
20 yaşlı sol cinah vingerinin hazırda transfer dəyəri 1,6 milyon avrodur.
Qeyd edək ki, cənubi afrikalı ötən mövsüm meydana çıxdığı 49 oyunda 12 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az