"Çelsi" "Yuventus"un hücumçusu Kənan Yıldız üçün yeni transfer təklifi üzərində işləyir.Sport1.az xəbər verir ki, londonlular yayda müqavilə bağlamağa çalışdıqları 20 yaşlı türkiyəli futbolçu üçün yenidən danışıqlara başlamaq niyyətindədirlər. "Barselona" da vəziyyəti diqqətlə izləyir. Avropa klublarının marağından xəbərdar olan "Yuventus" isə Yıldızı komandada saxlamaq istəyir və futbolçunun agenti olan atası ilə yeni müqavilə üzrə danışıqları davam etdirir.
Türkiyəli hücumçu bu mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 12 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun Turin klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalının məlumatına görə, Kənan Yıldızın bazar dəyəri 75 milyon avrodur.
Sport1.az