"Bolonya" Xoakin Sosa ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisiylə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla Argentina klubu maraqlanır. Söhbət "İndependiente"dən gedir.
23 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 900min avrodur.
Qeyd edək ki, uruqvaylı ötən mövsümü icarə əsasında keçirdiyi "Redkana"da meydanda olduğu 8 oyunda fərqlənməyi bacarmayıb.
Sport1.az