Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur matçına çıxacaq.
Sport1.az xəbər verir ki, Rəşad Eyubovun komandası səfərdə Çexiya ilə qarşılaşacaq.
Karvina şəhər stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Yovan Kaçevski olacaq.
Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.
Avropa çempionatı, seçmə mərhələ
10 oktyabr
20:00. Çexiya U-21 - Azərbaycan U-21
Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya)
Karvina şəhər stadionu
22:30. Portuqaliya - Bolqarıstan
9 oktyabr
Şotlandiya - Cəbəllütariq - 12:0
Sport1.az