"Nyukasl" Şon Lonqstaff ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, İngiltərə təmsilçisi ilə gələn ilin sonunda müqaviləsi başa çatan futbolçuya başqa Premyer Liqa klubundan təklif var. Söhbət "Lids"dən gedir. 27 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, ingiltərəli ötən mövsüm meydana çıxdığı 32 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az