"İnter" Valentin Karboni ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Milan təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçuyla başqa İtaliya klubu maraqlanır. Söhbət "Cenoa"dan gedir. 20 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Marsell"də keçirən argentinalı meydana çıxdığı 7 oyunda 1 qol vurmağı bacarıb.
Sport1.az