“Bavariya” Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekin transferini nəzərdən keçirir.Sport1.az xəbər verir ki, Münhen təmsilçisi alman futbolçunun keçidinə açıq olsa da, bu, klubun əsas transfer prioriteti sayılmır.
25 yaşlı müdafiəçinin “Borussiya” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Şlotterbek indiyədək Dortmund klubunun heyətində 128 oyun keçirib, 6 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, alman oyunçu “Borussiya Dortmund”a “Frayburq”dan transfer olunub.
Sport1.az