"Real" Andriy Luninlə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Madrid təmsilçisiylə 2030-cu ilin yayına qədər müqaviləsi olan futbolçuya artıq 2 klubdan maraq var.
Söhbət "Mançester Yunayted" və "Vilyarreal"dan gedir. 26 yaşlı qolkiperin hazırda transfer dəyəri 18 milyon avrodur.
Qeyd edək ki, ukraynalı ötən mövsüm meydana çıxdığı 14 oyunda 6 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az