"Şaxtyor"un üzvü Marlon Qomeş karyerasını Almaniyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Ukrayna təmsilçisiylə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Bundesliqa klubu yaxından maraqlanır. Söhbət "Leyptsiq"dən gedir.
21 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, braziliyalı ötən mövsüm meydana çıxdığı 34 oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az