NBA ulduzu Lebron Ceyms Sloveniyalı hücumçu Luka Donçiçin mövsümlərarası fasilədə fiziki hazırlığını artırmasını və arıqlamasını şərh edib.Sport1.az xəbər verir ki, Lakers forvardı Donçiçi belə təsvir edib:
“O, əla görünür. Bir az daha sürətli, daha funksional. Amma kənar adamlar üçün aydın olmayan əsas məqam bərpadır. Bədəniniz pik həddə olanda özünüzü ölçüyəgəlməz dərəcədə yaxşı hiss edirsiniz. Söhbət oyunun özündən getmir. Çox dəyişməyəcək; o, yenə də 30–40 xal və 15+10 toplayacaq.
Nə dəyişəcək? Üç-dörd aktiv gündən sonra o, yuxudan oyanıb ‘Vay’ deyəcək. Əldə etdiyi nəticələr onun sağalmasına və enerjisinə inanılmaz təsir göstərir".
Sport1.az