Fransa klubu "Strasburq" İngiltərənin "Brentford" klubundan olan 23 yaşlı portuqaliyalı yarımmüdafiəçi Fabio Karvalyonu izləyir.
Sport1.az xəbər verir ki, "Strasburq" Karvalyo ilə təqvim ilinin əvvəlindən maraqlanırdı. Lakin Brentford əvvəllər oyunçunu satmaqdan imtina etmişdi. Cari mövsümün əvvəlində Karvalyo az oyun vaxtı aldığı üçün transferi məsələsi yenidən aktuallaşıb.
Onun transferi uğrunda "Lyon" və "Ştutqart" klubları da yarışa qoşulmağa hazırdır.
Sport1.az