26 yaşlı fransalı tennisçi Valentin Vaçerot Şanxay Masters turnirinin yarımfinalına çıxaraq, Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinq cədvəlində ilk 100-lüyə daxil olacaq. O, hazırda 92-ci yerdədir.Sport1.az xəbər verir ki, Vaçerot turnirin 1/4 finalında dünyanın 11-ci raketi, danimarkalı Holger Runeni məğlub edib. Qarşılaşma 2 saat 59 dəqiqə davam edib və hesab 2-6, 7-6, 6-4 fransalı tennisçinin xeyrinə olub.
Vaçerot bu nəticə ilə ikinci ən aşağı reytinqli Masters yarımfinalçısı olub. Onun növbəti rəqibi Serbiya çempionu Novak Cokoviçlə belçikalı Zinou Berqs arasında keçiriləcək görüşün qalibi olacaq.
Sport1.az