Səudiyyə Ərəbistanında böyük qlobal idman tədbirlərinə ev sahibliyi edən Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx, Qleyzer ailəsinin “Mançester Yunayted”dəki payını satmaq niyyəti ilə bağlı xəbərlərə münasibət bildirib.Sport1.az xəbər verir ki, Qleyzer ailəsinin klubdakı payını 5 milyard funt sterlinqə (təxminən 5,75 milyard avro) satmağı düşündüyü bildirilir. Bu məbləğ “Mançester Yunayted”in hazırkı bazar dəyərindən iki dəfə çoxdur.
Turki Əl-Şeyx sosial mediada paylaşım edərək yazıb:
“Bu gün eşitdiyim ən yaxşı xəbər odur ki, "Mançester Yunayted" indi yeni investora satışı yekunlaşdırmaq üzrə qabaqcıl mərhələdədir. Ümid edirəm ki, o, əvvəlki sahiblərindən daha yaxşı olacaq”.
Qeyd edək ki, Qleyzer ailəsi “Mançester Yunayted”i 2005-ci ildə 790 milyon funta (908,5 milyon avro) alıb. Klubun yeni stadion planları və artan kommersiya cəlbediciliyi nəzərə alınaraq, ailə bu satışdan böyük gəlir əldə etməyi gözləyir.
Sport1.az