"Napoli" Andre Zambo-Anqissa ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisiylə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla 2 klub yaxından maraqlanır.
Söhbət "Sanderlend" və "Beşiktaş"dan gedir. 29 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 27 milyon avrodur.
Qeyd edək ki, kamerunlu ötən mövsüm meydana çıxdığı 37 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az