“Bavariya”nın vingeri Serj Qnabri klubdakı gələcəyi ilə bağlı açıqlama verib.Sport1.az xəbər verir ki, 30 yaşlı futbolçunun Bundesliqa nəhəngi ilə müqaviləsi gələn ilin iyununda başa çatır və tərəflər arasında növbəti danışıqların aparılması gözlənilir.
Qnabri bildirib: “Klub rəhbərliyi özü mənə yaxınlaşmalıdır. Bu baş verərsə, görəcəyik. Hazırda bütün diqqətimi oyunuma yönəltmişəm və sonra nə olacağını zaman göstərəcək”.
Alman futbolçu bu mövsüm Vinsent Kompaninin komandasında 10 matçda 3 qol və 4 asistlə yadda qalıb.
Sport1.az