"Bayer Leverkuzen" Amin Adli ile yollarını ayıra bilər. Sport1.az xəbər verir ki, Almaniya təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Bundesliqanın baş klubu maraqlanır. Söhbət "Bavariya"dan gedir. 25 yaşlı sol vingerin hazırda transfer dəyəri 18 milyon avrodur.
Qeyd edək ki, mərakeşli ötən mövsüm meydana çıxdığı 28 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az