Almaniyanın altıncı liqasında çıxış edən “Sankt Pauli”nin üçüncü komandasının yarımmüdafiəçisi Müslüm Kagermanov ölkədə rusofobiyanın olub-olmamasından danışıb.Sport1.az xəbər verir ki, 25 yaşlı futbolçu Almaniyada neonasizm və ayrı-seçkiliklə rastlaşmadığını bildirib:
“Cəmiyyətdə neonasizmə işarə yoxdur, hamı dialoqa açıqdır. Hətta bir ukraynalı futbolçu ilə oynadım — o da mənə qarşı çox müsbət idi və biz siyasəti müzakirə etməmişik”.
Qeyd edək ki, Müslüm Kagermanov 2025-ci ilin yanvarından “Sankt Pauli”də çıxış edir. O, bundan əvvəl Türkiyənin “Bismil Belediye” klubunda oynayıb.
Sport1.az