Tanınmış italiyalı baş məşqçi Fabio Kapello A Seriyasındakı oyun səviyyəsindən narazılığını bildirib.Sport1.az xəbər verir ki, Kapello İtaliya futbolunda keyfiyyətin son illərdə gerilədiyini vurğulayıb:
“Məşqçi meydana çıxmır. O, oyunu və taktikanı hazırlayır, amma qapı qarşısında qərar verən oyunçulardır. İtaliyada futbolun keyfiyyəti aşağı düşüb, yüksək səviyyəli oyunçular yoxdur. "Bolonya"nın "Piza" üzərində 4:0 hesablı qələbəsi istisna idi. Qol vurmaq lazımdır. Hətta Rafael Leau da iki fürsəti qaçırıb.”
Qeyd edək ki, altı turdan sonra “Napoli” 15 xalla A Seriyasına liderlik edir. “Roma” ikinci (15 xal), “Milan” isə üçüncü pillədə qərarlaşıb (13 xal).
Sport1.az