"Hayduk" İvan Luçiç ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Xorvatiya təmsilçisiylə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuya Yunanıstan klubundan maraq var.
Söhbət AEK-dən gedir. 30 yaşlı qolkiperin hazırda transfer dəyəri 1,3 milyon avrodur.
Qeyd edək ki, avstriyalı ötən mövsüm meydana çıxdığı 34 oyunda 15 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az