Bu gün DÇ-2026 seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. Sport1.az xəbər verir ki, Azərbaycan seçməsi səfərdə Fransanın qonağı olacaq. Qarşılaşma ilə bağlı veteran futbolçu Bəhmən Həsənov saytımıza açıqlamasında bunları dedi:
"Biz Ayxan Abbasova inanırıq. Amma rəqib çox güclüdür. İnanıram ki, Ayxan müəllim əlindən gələni edəcək ki, məğlub olmayib xalq qoparsinlar. Bilirik ki, Ayxan Abbasov müdafiəyə meyilli futbol oynadan mütəxəssislər dəndir.Bu oyunda əsas məsələ keyfiyyətli müdafiə olunmaq olacaq. Müdafiədə say çoxluğunun olması və ya tək cərimə meydançasının önünü bağlaması yetərli olmayacaq. İnanıram ki,sona qədər mübarizə aparacaqlar,təslim olmayacaqlar. Milli komandamıza və Ayxan müəllimə uğurlar arzulayıram".
Mirzə S.
Sport1.az