"Feyenoord" David Hanko ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, Niderland təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla İtaliya nəhəngi maraqlanır.
Söhbət "İnter"dən gedir. 27 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 30 milyon avrodur.
Qeyd edək ki, slovakiyalı ötən mövsüm meydana çıxdığı 47 oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az