"Lester" Bilal El-Xannuş ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, buna səbəb "tülkülər"in ötən mövsüm elitanı tərk etməsidir.
Çempionşip təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla nə az, nə çox 6 klub yaxından maraqlanır.
Söhbət "Nottinqem Forest", "Bavariya", "Bayer Leverkuzen", "Vest Hem", "Sanderlend" və "Monako"dan gedir. 21 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 28 milyon avrodur.
Qeyd edək ki, mərakeşli ötən mövsüm meydana çıxdığı 37 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az