"Vulverhempton"un üzvü Qonsalu Qedeş karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Super Liqa nəhəngi maraqlanır. Söhbət "Beşiktaş"dan gedir. 28 yaşlı sol cinah vingerinin hazırda transfer dəyəri 11 milyon avrodur.
Qeyd edək ki, portuqaliyalı ötən mövsüm icarə əsasında "Vilyarreal"da top qovub. O, meydana çıxdığı 33 oyunda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az