İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Harri Keynin “Qızıl top” səsverməsində 13-cü pillədə yer alması ilə razılaşmadığını bildirib.Sport1.az xəbər verir ki, Tuxel fərdi mükafatların komanda idman növlərinə uyğun olmadığını deyib:
“Qulaq asın, "Qızıl top"un nə vaxt keçirildiyini və ya kimin harada bitirdiyini bilmirəm. Onu izləyən sonuncu şəxs mənəm. Komanda idman növlərində fərdi mükafatları xüsusilə sevmirəm. Harri əsl komanda oyunçusudur və mütləq on üçüncüdən daha yüksək yeri tutmalı idi.”
Qeyd edək ki, “Qızıl top”un qalibi PSJ-nin hücumçusu Usman Dembele olub.
Sport1.az