Turnirin mətbuat xidmətinin məlumatına görə, Belqradın “Partizan” klubu “Olimpiya Milan”a 80:78 hesabı ilə qalib gəldikləri oyunda azarkeşlərin meydançaya əşyalar atmasına görə Avroliqa tərəfindən 13 min avro cərimələnib.Sport1.az xəbər verir ki, Serbiya klubunun azarkeşləri hakimlərin Cabari Parkerin Leandro Bolmaroya qarşı kobudluq etdiyi qərarından narazı qalıblar.
Həmçinin İstanbulun “Anadolu Efes” klubunun baş məşqçisinin köməkçisi Radovan Trifunoviç “Hapoel Təl-Əviv”lə oyunda hakimlər briqadasına hörmətsizlik etdiyi üçün 2,500 avro cərimələnib. Türkiyə klubu həmin qarşılaşmada 81:87 hesabı ilə məğlub olub.
Sport1.az