"Ayaks" Karluş Borjeş ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, Niderland təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Belçika klubu maraqlanır. Söhbət "Klub Brügge"dən gedir. 21 yaşlı sol vingerin hazırda transfer dəyəri 8 milyon avrodur.
Qeyd edək ki, portuqaliyalı ötən mövsüm meydana çıxdığı 17 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az