Dünyanın 37 nömrəli fransalı tennisçisi Covanni Mpetçi Perrikard top-10 oyunçu üzərində ilk qələbəsini qazanıb.
Sport1.az xəbər verir ki, Şanxay Masters turnirinin üçüncü raundunda o, 4 nömrəli amerikalı Taylor Fritz üzərində 6-4, 7-5 hesabı ilə qalib gəlib.
Mpetçi Perrikard ATP rəsmi saytına açıqlamasında deyib: "Bu vaxta qədər nəticələrim zəif idi — ən yaxşı 10 oyunçuya qarşı 0-6. Bəzi matçlar mənim üçün ağır itkilər oldu. Lorenzo Musettiyə, Uimbldonda Fritsə qalib gəlməyə çox yaxın idim və inkişaf etdirməli olduğum çox şey var idi. Uimbldonda etdiyimdən daha yaxşı bir neçə şey etməyə çalışdım və bu, bu gün öz bəhrəsini verdi. Matç çətin keçdi, həm fiziki, həm də mənəvi cəhətdən çox xoşbəxt idim."
Sport1.az