"Ankaragücü" Olimpiu Morutsanla yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, paytaxt təmsilçisiylə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla Yunanıstan klubu yaxından maraqlanır. Söhbət "Aris"dən gedir.
26 yaşlı sağ cinah vingerinin hazırda transfer dəyəri 2,4 milyon avrodur.
Maraq üçün bildirək ki, rumıniyalı 2021-dən 2023-cü ilə qədər "Qalatasaray"da top qovub.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Pisa"da keçirən futbolçu meydanda olduğu 11 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az