"Napoli"nin futbolçuları Stanislav Lobotka və Matteo Politano zədələniblər.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sözügedən oyunçuların tibbi müayinəsinin nəticələrini alıb.
Hər iki futbolçu zədə səbəbindən oktyabrda milli komandanın oyunlarını buraxacaqlar. Lobotka Slovakiya, Politano İtaliya millisinin üzvüdür.
Onlar A seriyasında “Genoa” ilə oyunda (2:1) zədələniblər.
Sport1.az