"Udineze" Lorentso Lukka ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisi 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla 2 İtaliya klubu maraqlanır. Söhbət "Napoli" və "Atalanta"dan gedir. 24 yaşlı forvardın hazırda transfer dəyəri 22 milyon avrodur.
Qeyd edək ki, italiyalı ötən mövsüm meydana çıxdığı 36 oyunda 14 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az