İngiltərənin “Everton” klubu mərkəz müdafiəçisi Ceyms Tarkovskinin sözləşməsini uzadıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə imzalanan yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2022-ci ildən “Everton”da çıxış edir. 32 yaşlı oyunçu bu mövsüm komandasının heyətində 9 rəsmi matçda iştirak edib.
Sport1.az