"Fənərbağça" Kim Min Ceyi heyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, bu yay Conatan Tahın gəlişi ilə əsas heyətdə yerini itirən Cənubi koreyalı futbolçu İstanbul təmsilçisinin radarındadır.
2026-cı ilin yayında baş tutacaq Dünya Çempionatına yaxşı formada getmək istəyən 29 yaşlı oyunçu bu keçidə isti baxır.
Qeyd edək ki, Kim Min Cey 2021/22 mövsümündə "Fənərbağça"da çıxış edirdi.
Sport1.az