"Qalatasaray" Mauro İkardinin vəziyyətindən razı deyil.Sport1.az xəbər verir ki, "cim-bom" argentinalı futbolçunun artıq çəkisi və formasından uzaqda olduğu üçün ona xüsusi proqram hazırlayacaq.
32 yaşlı oyunçu ondan tələb olunan səviyyəyə çatması üçün fərdi məşqlər edəcək.
Qeyd edək ki, İkardinin müqaviləsi mövsüm sonunda başa çatır.
Sport1.az